Azərbaycan Premyer Liqasının XV turunda səfərdə “Zirə” ilə qarşılaşan “Sabah” matçdan 2:2 hesablı heç-heçəylə ayrıldı. Qarşılaşmadan sonra baş məşqçimiz Visente Qomes oyunla bağlı fikirlərini bildirdi:
“Bu gün hər iki komandanın çox az qol fürsəti oldu. Oyunda hesabı açsaq da, qələbə hesabını sona kimi qoruyub saxlaya bilmədik və sonda heç-heçəyə razılaşdıq. Artıq bu oyunu unudub, növbəti – “Səbail”lə oyuna köklənməliyik”.
“Sabah” Premyer Liqanın növbəti – XVI turunda səfərdə “Səbail”lə üz-üzə gələcək. Görüş fevralın 19-da, saat 16:00-da “ASCO Arena”da baş tutacaq.