“Sabah” Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə “Səbail”lə qarşılaşıb. “ASCO Arena”da keçirilən oyun rəqibin 2:0 hesablı qələbəsilə başa çatıb. Oyundan sonra baş məşqçimiz Visente Qomes qarşılaşma ilə bağlı fikirlərini bildirib:
“Birinci hissədə qol imkanlarımız kifayət qədər olmadı. Hücumda çoxala bilmədik. Rəqib isə səhvimizdən yararlanıb qol vurdu. İkinci hissədə hesabı dəyişməyə çalışsaq da, öz səhvimizdən qapımızda qol gördük və istəmədiyimiz məğlubiyyət aldıq”.
“Sabah” Premyer Liqasının növbəti turunda evdə “Keşlə” ilə qarşılaşacaq. “Bank Respublika Arena”da baş tutacaq oyun fevralın 25-də saat 17:30-da start götürəcək.