Azərbaycan Premyer Liqasının XVII turunun “Sabah” – “Keşlə” oyunu (1:1) futbolçularımız – Zurab Oçiqava və Tiemoko Fofana üçün əlamətdar olub.
Start heyətində yer alan və 90 dəqiqə meydanda olan Zurab “Sabah”da ilk oyununu keçirib. Qarşılaşmanın 90+1-ci dəqiqəsində komandamızın bərabərlik qoluna imza atan Fofana isə “Sabah”da qol hesabını açıb.
Fil Dişi Sahilindən olan forvard buna Premyer Liqadakı 4-cü oyununda nail olub. 21 yaşlı hücumçu Premyer Liqada “Sabah”ın heyətində qol vuran 25-ci futbolçudur. Yüksək liqada komandamızın heyətində ən çox qol vuran futbolçu Marko Deviçdir (9 qol).