Azərbaycan Premyer Liqasının XVII turunda evdə “Keşlə” ilə qarşılaşan “Sabah” bu matçdan 1:1 hesablı heç-heçəylə ayrıldı. Baş məşqçimiz Visente Qomes oyunsonrası mətbuat konfransında matçla bağlı fikirlərini bildirdi:

“Birinci hissə nəzarətimiz altında keçdi. Çoxlu qol imkanlarımız olsa da, reallaşdıra bilmədik. İkinci hissə bərabər səviyyədə keçdi. Buraxmamalı olduğumuz bir qolu qapımızda gördük. Lakin uşaqlar buraxılan qola tez reaksiya verdi və hesabı bərabərləşdirə bildik”.

“Sabah” Premyer Liqada növbəti oyununu martın 3-də, səfərdə “Neftçi”yə qarşı keçirəcək.