Bu gün Xocalı faciəsindən 29 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdilər. Soyqırım zamanı 106 qadın, 63 azyaşlı uşaq, 70 nəfər qoca olmaqla, ümumilikdə 613 nəfər dinc sakin qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi. Əsr götürülən 1275 nəfər dinc sakindən 150 nəfərin taleyi hələ də məlum deyil.

Xocalı faciəsi erməni millətçilərinin uzun illər xalqımıza qarşı apardıqları soyqırım və etnik təmizləmə siyasətinin növbəti qanlı səhifəsi, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.

Allah şəhidlərimizə rəhmət eləsin!