Azərbaycan Premyer Liqasının XIX turunda evdə “Sumqayıt”la qarşılaşan “Sabah”, görüşdən 1:1 hesablı bərabərliklə ayrıldı. Matçdan sonra baş məşqçimiz Visente Qomes oyunla bağlı fikirlərini bildirib:

“Oyun bərabər səviyyədə keçdi. İlk hissədə üstün tərəf biz idik. Müdafiədə boşluqlar vermirdik. Lakin ikinci hissədə rəqib daha yaxşı oynadı və səhvimizdən istifadə edərək hesabı bərabərləşdirdi”.

“Sabah” Premyer Liqada növbəti oyununu martın 13-də səfərdə “Qarabağ”a qarşı keçirəcək.