“Sabah”ın baş məşqçi postunda dəyişiklik edilib. Visente Qomeslə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Ramin Quliyevə həvalə edilib.

Qomes 2020-ci ilin yayından “Sabah”ın baş məşqçisi idi.