Azərbaycan millisinin heyəti açıqlanıb. “Sabah”ın 6 futbolçusu – Amin Seydiyev, Bəhlul Mustafazadə, Təmkin Xəlilzadə, Coşqun Diniyev, Ramil Şeydayev və Aleksey İsayev əsas millimizə dəvət alıb.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də və 30-da DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində müvafiq olaraq Portuqaliya və Serbiya, 27-də isə qrupumuzda müsabiqədənkənar iştirak edən Qətər yığma komandası ilə qarşılaşacaq.