“Sabah” yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamız martın 28-də “Sumqayıt”la qarşılaşacaq. Görüş “Bank Respublika Arena”da, saat 16:00-da start götürəcək.
Qeyd edək ki, milli komandanın oyunları ilə bağlı Premyer Liqada yaranmış fasiləyə aprelin 3-də yekun vurulacaq. “Sabah” çempionatda növbəti oyununu aprelin 4-də evdə “Qəbələ”yə qarşı keçirəcək.