“Sabah” yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız “Bank Respublika Arena”da “Sumqayıt”ı qəbul edib. Baş məşqçimiz Ramin Quliyev görüşdə aşağıdakı start heyətinə şans verib.
Saşa Stamenkoviç, Slavik Alxasov, Filip İvanoviç, Bəxtiyar Həsənalızadə, Zurab Oçiqava, Məhəmməd Mirzəbəyov, Mario Marina, Kevin Kubemba, Camal Cəfərov, Abdulla Xaybulayev, Ceyhun Nuriyev.
Matç komandamızın 3:2 hesablı qələbəsilə nəticələnib. Görüşdə “Sabah”ın qollarına Filip İvanoviç, Slavik Alxasov və Tiemoko Fofana imza atıblar. “Sumqayıt”ın heyətində isə Mehdi Şərifi və Süleyman Əhmədov fərqləniblər.
“Sabah” Azərbaycan Premyer Liqasında fasilədən sonra ilk oyununu aprelin 4-də evdə “Qəbələ”yə qarşı keçirəcək.