Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart-aprel aylarında erməni silahlıları Azərbaycanın müxtəlif bölgələrində xalqımıza qarşı soyqırımı həyata keçirmişlər.

Bakı ilə yanaşı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə onminlərlə dinc azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmişdir.

Ümumilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

103 il öncə baş vermiş bu faciəvi qətliamda həyatını itirmiş soydaşlarımızı unutmur, hörmətlə anırıq.