“Sabah” Azərbaycan Premyer Liqasının XXI turunda “Qəbələ”ni qəbul etdi. “Bank Respublika”da keçirilən matç komandamızın minimal hesablı qələbəsilə nəticələndi. Oyundan sonra baş məşqçimiz Ramin Quliyev görüşlə bağlı fikirlərini bildirdi:
“Çətin qələbə oldu. Komanda 3 aydı qalib gələ bilmirdi. Bir qədər qələbəyə inam azalmışdı. Bu gün futbolçularımda komanda ruhunu, qələbə istəyini gördüm. Məhz bu istək sonda qələbə qazanmağımızla nəticələndi”.
“Sabah” Premyer Liqada növbəti oyununu “Səbail”ə qarşı keçirəcək. Matç aprelin 10-da saat 18:00-da “Bank Respublika Arena”da baş tutacaq.