Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində baş tutmuş “Sabah” – “Qəbələ” oyunu müdafiəçimiz Filip İvanoviç üçün əlamətdar olub. Serbiyalı futbolçu komandamızın heyətində Premyer Liqada yubiley – 50-ci oyununu keçirib.
Filip bu göstəricidə yalnız həmyerlisi Saşa Stamenkoviçdən geri qalır. Serbiyalı qolkiper “Sabah”ın heyətində Premyer Liqada ən çox oyun keçirən futbolçudur (55 oyun).