Azərbaycan Premyer Liqasının XXII turunda “Sabah” evdə “Səbail”lə qarşılaşdı (0:0). Matçdan sonra baş məşqçimiz Ramin Quliyev fikirlərini bildirib:

“Maraqlı və baxımlı oyun keçdi. Meydanda futbola aid hər şey var idi. Çoxlu qol epizodlarımız oldu. Qələbə qazana bilməməyimizə baxmayaraq, yaxşı oyun sərgilədik. Futbolçularımın istər oyuna yanaşması, istərsə də meydanda sona kimi mübarizə aparmaları məni sevindirdi. Buna görə uşaqlara təşəkkür edirəm”.

“Sabah” Premyer Liqada növbəti oyununu səfərdə “Keşlə”yə qarşı keçirəcək. Matç aprelin 17-də saat 18:00-da start götürəcək.