Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə “Keşlə”ylə qarşılaşan “Sabah” matçdan qolsuz bərabərliklə ayrıldı. Matçdan sonra baş məşqçimiz Ramin Quliyev fikirlərini bildirdi:
“Hər iki komanda meydanda sona kimi mübarizə apardı. Rəqibin də, bizim də qol imkanlarımız var idi. Məncə, hesab oyuna görə oldu. Komandamın oyunundan razı qaldım. Uşaqlar yaxşı mübarizə apardılar. Çatışmayan yeganə şey qol oldu. Ancaq futbolçularımın meydandakı əzmkarlığı, istəyi məni sevindirdi”.
“Sabah” Premyer Liqanın növbəti turunda evdə “Neftçi” ilə qarşılaşacaq. Görüş aprelin 25-də “Bank Respublika Arena”da baş tutacaq.