Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində baş tutmuş “Keşlə” – “Sabah” oyunu (0:0) qapıçımız Nicat Mehbalıyev və hücumçumuz Camal Cəfərov üçün əlamətdar olub. Hər iki futbolçu Premyer Liqada ilk oyunlarını keçiriblər.

Nicat oyuna start heyətində başlayıb. 20 yaşlı qolkiper Premyer Liqada ilk matçında qapısını toxunulmaz saxlayıb.

Camal isə qarşılaşmanın 84-cü dəqiqəsində meydana daxil olub.  19 yaşlı hücumçu Tiemoko Fofananı əvəzləyib.

Nicat Mehbalıyev
Camal Cəfərov