“Sabah” Azərbaycan Premyer Liqasının XXIV turunda evdə “Neftçi”ni qəbul etdi. Komandamız 3 nəfər azlıqda qaldığı oyundan 2:2 hesablı bərabərliklə ayrıldı. Matçdan sonra baş məşqçimiz Ramin Quliyev fikirlərini bildirib:
“Bu oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibin güclü və zəif cəhətlərini bilirdik. Oyunun əvvəli bizim üçün yaxşı keçdi. Bunu hesabda 2:0 öndə olmağımıza görə yox, ümumi sərgilədiyimiz oyuna görə deyirəm. Fikrimcə, qələbəyə biz daha layiq idi. Düşünürəm ki, bu gün rəqib 1 xal qazandı”.
“Sabah” növbəti turda səfərdə “Sumqayıt”la qarşılaşacaq. Görüş mayın 4-də, “Kapital Bank Arena”da baş tutacaq.