Azərbaycan Premyer Liqasının XXV turunun “Sumqayıt” – “Sabah” matçı komandamızın gənc futbolçusu Abdulla Xaybulayev üçün əlamətdar olub. 19 yaşlı yarımmüdafiəçi komandamızın 2:0 qalib gəldiyi görüşdə yüksək liqada ilk oyununa çıxıb.
Abdulla qarşılaşmanın 90+4-cü dəqiqəsində Mario Marinanı əvəzləyərək Premyer Liqada debüt edib.