“Sabah” Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə “Sumqayıt”Ia qarşıaşdı. Matç komandamızın 2:0 hesablı qələbəsilə nəticələndi. Oyundan sonra komandamızın baş məşqçisi Ramin Quliyev fikirlərini bildirib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibi hərtərəfli təhlil etmişdik, zəif və güclü cəhətlərini bilirdik. Düzdü, heyətdə 7-8 itkimiz var idi. Lakin həmişə dediyim kimi, bizdə əsas heyətdə yer ala biləcək kifayət qədər yaxşı oyunçular var. Bu gün komandamız itkilərə rəğmən meydandan 3 xalla ayrılmağı bacardı”.

“Sabah” Premyer Liqanın növbəti turunda evdə “Qarabağ”la qarşılaşacaq. Görüş mayın 9-da saat 20:15-də “Bank Respublika Arena”da baş tutacaq.