“Sabah” Azərbaycan Premyer Liqasının XXVI turunda evdə “Qarabağ”la qarşılaşdı (0:4). Matçdan sonra baş məşqçimiz Ramin Quliyev fikirlərini bildirib:
“Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Biz isə bu gün zəif təsir bağışladıq. Lakin bu oyun artıq geridə qaldı. Bu matçı unudub, qarşıdakı görüşlərə baxacağıq”.
“Sabah” Premyer Liqada növbəti oyununu mayın 14-də səfərdə “Qəbələ”yə qarşı keçirəcək.