“Sabah” Azərbaycan Premyer Liqasının XXVII turunda səfərdə “Qəbələ” ilə heç-heçə etdi (2:2). Oyundan sonra baş məşqçimiz Ramin Quliyev fikirlərini bildirdi:

“Oyuna pis başlamadıq. Lakin hesabda iki top fərqi ilə önə keçdikdən sonra komanda bir qədər rahatlaşdı. Bundan sonra rəqib əvvəlcə penaltidən hesab arasındakı fərqi azaltdı, daha sonra isə bərabərlik qolunu vurdu. Oyunun sonlarında iki yüzfaizlik imkanımız da olsa da, dəyərləndirə bilmədik. Bu matçda qalib də gələ bilərdik, uduza da. Havanın çox isti olması da oyuna təsir etdi. Təəssüfləndirən əsas məqam 2 top fərqi ilə öndə olsaq da, sonda qələbə hesabını qoruyub saxlaya bilməməyimiz oldu”.

“Sabah” Azərbaycan Premyer Liqasının cari mövsümünün son turunda evdə “Zirə” ilə qarşılaşacaq. Görüş mayın 19-da “Bank Respublika Arena”da baş tutacaq.