Gənclər Kubokunda 1/4 final mərhələsinə start verilib. “Sabah”ın U-19 komandası bu mərhələnin ilk oyununda “Səbail”in qonağı olub. “ASKO Arena”da keçirilən matç komandamızın 4:0 hesablı qələbəsilə nəticələnib. Oyunda qollarımıza Əbil Əbilov, Xəyal Əliyev və Abdulla Rzayev (2) imza atıblar.
Cavab oyunu mayın 19-da Binə qəsəbə stadionunda keçiriləcək.