21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Ukrayna Futbol Federasiyasının dəvəti ilə mayın 25-dən 29-dək Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək. Qeyd olunan turnirə hazırlıq məqsədilə mayın 19-dan 24-dək Bakıda təlim-məşq toplanışı keçiriləcək. “Sabah” FK-nın futbolçuları – Nicat Mehbalıyev, Rüstəm Samiqullin, Arsen Ağcabəyov, Xəyal Əliyev, Şakir Seyidov, Veysəl Rzayev və Camal Cəfərov milli komandamıza dəvət alıblar.