Gənclər Kubokunda (U-19) 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Binə qəsəbə stadionunda keçirilən matçda “Sabah” “Səbail”lə heç-heçə edib (1:1). Komandamızın qoluna Abdulla Rzayev imza atıb. İlk görüşdə səfərdə 4:0 hesabıyla qalib gələn komandamız yarımfinala vəsiqə qazanıb. “Sabah” yarımfinalda “Kəpəz”lə qarşılaşacaq.

Oyunlar mayın 22-də və 25-də keçiriləcək.