“Sabah” FK klubla müqavilə müddəti bitən Məhəmməd Mirzəbəyov, Amadu Diallo və Alvaro Vilyete ilə yollarını ayırıb.
Qeyd edək ki, Mirzəbəyov və Diallo 2019-cu ilin iyun ayından komandamızın uğurları üçün çalışırdı. Vilyete isə ötən ilin sentyabr ayında Kolumbiyanın “Patriotas” klubundan mövsümün sonuna kimi icarəyə götürülmüşdü.
“Sabah” FK hər 3 futbolçuya xidmətlərinə görə təşəkkür edir, onlara gələcək karyeralarında uğurlar arzulayır.


