Gənclər Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. “Sabah”ın U-19 komandası bu mərhələnin cavab oyununda evdə “Kəpəz”lə qarşılaşıb. “Bank Respublika Arena”nın ehtiyat meydançasında keçirilən matç komandamızın 2:0 hesablı qələbəsilə nəticələnib. Qollarımıza Vüsal Vəliyev və Şahmar Aşurov imza atıblar.
İki oyunun nəticəsinə görə (2:0, 0:0) qalib gələn komandamız finala vəsiqə qazanıb. Bu komandalar arasında ilk görüş qolsuz bərabərliklə nəticələnmişdi.
“Sabah” Gənclər Kubokunun həlledici oyununda “Qəbələ” ilə qarşılaşacaq.