“Sabah” FK baş məşqçi Ramin Quliyevlə yeni müqavilə bağlayıb. Yeni müqavilənin müddəti 2 ildir.
Quliyev 2019-cu ildən “Sabah” FK-nın üzvüdür. O, daha öncə klubda idman direktoru və əsas komandada köməkçi məşqçi vəzifələrində çalışıb. Gənc mütəxəssis bu ilin mart ayından əsas komandada baş məşqçi səlahiyyətlərini yerinə yetirir.