“Sabah” Saşa Stamenkoviçlə yeni müqavilə bağlayıb. Yeni müqavilənin müddəti 1 ildir.
Saşa 2018-ci ildən komandamızın uğurları üçün çalışır. Serbiyalı qolkiper “Sabah”da ən çox oyun keçirən futbolçudur. Stamenkoviç komandamızın heyətində bütün turnirlərdə cəmi 64 oyun (60 oyun Premyer Liqada, 4 oyun ölkə kubokunda) keçirib.