21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Ukraynanın paytaxtı Kiyevdə təşkil edilən Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ilk oyununu keçirib. Yığmamız meydan sahibi Ukrayna ilə qarşılaşıb. Görüş millimizin minimal hesablı qələbəsilə (1:0) nəticələnib.

“Sabah” FK-nın üzvləri – Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Camal Cəfərov, Veysəl Rzayev və Şakir Seyidov da bu matçda şans qazanıb. Nicat və Şakir start heyətində yer alıb və matçın sonuna kimi meydanda olublar. Ağcabəyov və Rzayev görüşün 46-cı, Cəfərov isə 61-ci dəqiqədə meydana çıxıb.