“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Elvin Camalov bundan sonra komandamızın uğurları üçün çalışacaq. 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Milli komandamızın da üzvü olan Camalov, karyerası ərzində “Qəbələ” (2013-2019) və “Zirə” (2019-2021) komandalarında çıxış edib.