“Sabah” klubla müqavilə müddəti başa çatan Dmitro Klotsla yollarını ayırıb.

Ukraynalı yarımmüdafiəçi bu ilin fevral ayından komandamızın uğurları üçün çalışırdı. 25 yaşlı futbolçu son mövsümdə 6 oyunda şans qazanıb.

“Sabah” FK futbolçuya xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır.