“Sabah” Xulio Rodriqeslə yeni müqavilə bağlayıb. Yeni müqavilənin müddəti 1 ildir.

Paraqvaylı hücumçu ötən ilin fevral ayından “Sabah”ın uğurları üçün çalışır. Xulio son mövsümdə Premyer Liqada meydana çıxdığı 25 oyunda 3 qol vurub, 4 məhsuldar ötürməyə imza atıb.