“Sabah” FK klubla müqavilə müddəti bitən Filip İvanoviçlə yollarını ayırıb.

Filip 2018-ci ildən komandamızın üzvü idi. Serbiyalı müdafiəçi bu günə kimi komandamızda 59 oyun keçirib. O, “Sabah”da Saşa Stamenkoviçdən sonra ən çox oyun keçirən ikinci futbolçudur.

“Sabah” FK futbolçuya xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır.