Gənclər Kubokunda (U-19) final oyunu keçirilib.
“ASCO Arena”da baş tutan həlledici görüşdə “Sabah” və “Qəbələ” qarşılaşıb. Matçın əsas vaxtı qolsuz bərabərliklə nəticələnib. Görüşün əlavə vaxtında fərqlənən rəqib qarşılaşmadan minimal hesablı qələbəylə ayrılıb.
Komandamız Gənclər Kubokunu ikinci pillədə başa vurub. Futbolçumuz Abdulla Rzayev Gənclər Kubokunun ən məhsuldar oyunçusu kimi xüsusi mükafatla təltif edilib.
