“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Səlahət Ağayev bundan sonra komandamızın uğurları üçün çalışacaq. Təcrübəli qapıçı ilə 1 illik müqavilə bağlanıb.

Səlahət karyerası ərzində MOİK (2010/11), “Keşlə” (2011/12, 2013-2017), “Sumqayıt” (2012/13, 2015/16) və “Neftçi” (2017-2021) klublarında çıxış edib. O, 19 oyunda Azərbaycanın əsas millisinin şərəfini qoruyub.

Xoş gəldin, Səlahət!