“Sabah”ın U-10 komandası şəhidlərimizin xatirəsinə həsr olunmuş “Qarabağ Azərbaycandır!” turnirində iştirak edib.
Komandamız qrup mərhələsində Sumqayıtın “Sunami” (13:1), Qusarın “Şahdağ” (10:1) və Bakının “Xan” komandasını (4:2) məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Yarımfinalda “Vətən”i 6:3 hesabıyla məğlub edən Namiq Allahverdiyevin yetirmələri finala yüksəlib.
Həlledici görüşdə Bakının “Ordu” klubunu üstələyən (4:3) U-10 komandamız turniri birinci pillədə başa vurub.