“Sabah” FK-nın yay hazırlıq planı bəlli olub. Komandamız iyulun 1-də Bakıda yığışacaq. Təlim-məşq toplanışının ilk iki həftəsi paytaxtda baş tutacaq.
İyulun 15-də Gürcüstanın Tbilisi şəhərinə yollanacaq “ağ-göylər”, iki həftə bu ölkədə hazırlıq keçəcək.
Bakıda 2, Tbilisidə isə 4 sınaq matçının keçirilməsi nəzərdə tutulub. Komandamız iyulun 9-da “Bank Respublika Arena”da “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqiblər barədə məlumat veriləcək.