“Sabah” FK klubla müqavilə müddəti bitən Ramil Şeydayevlə yollarını ayırıb.
25 yaşlı hücumçu 2020-ci ilin fevral ayından komandamızın üzvü idi. Şeydayev “Sabah”da keçirdiyi 29 oyunda 6 qola imza atıb.
Ramil Şeydayevə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.