“Sabah” yeni mövsümün hazırlıqlarına start verib.

Komandamız bu gün “Bank Respublika Arena”nın əsas meydançasında ilk məşqinə çıxıb. Məşq zamanı futbolçular müxtəlif fiziki təmrinləri yerinə yetiriblər.

Qeyd edək ki, “Sabah”ın Bakı toplanışı iyulun 14-ə kimi davam edəcək. Ramin Quliyevin yetirmələri toplanış çərçivəsində iyulun 9-da “Bank Respublika Arena”da “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq. İyulun 15-də komandamız Gürcüstanın Tbilisi şəhərinə yola düşəcək. Yay təlim-məşq toplanışının ikinci mərhələsini əhatə edəcək Tbilisi toplanışı iyulun 29-dək davam edəcək.