“Sabah”ın yay təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı daha bir rəqib məlum olub. Komandamız iyulun 13-də “Keşlə” ilə üz-üzə gələcək. Görüş saat 19:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Qeyd edək ki, “Sabah” bu matçdan öncə, iyulun 9-da “Zirə” ilə oynayacaq. Görüş saat 19:00-da “Bank Respublika Arena”da baş tutacaq.