“Sabah” yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız “Bank Respublika Arena”da “Keşlə” ilə qarşılaşıb. Görüş rəqibin 2:1 hesablı qələbəsilə nəticələnib. Oyunda komandamızın yeganə qoluna görüşün 83-cü dəqiqəsində penaltidən Slavik Alxasov imza atıb.

Komandamız matça aşağıdakı start heyəti ilə başlayıb:

Səlahət Ağayev, Amin Seydiyev, Bəxtiyar Həsənalızadə, Zurab Oçiqava, Elvin Camalov, Coşqun Diniyev, Ozan Can Kökcü, Aleksey İsayev, Veysəl Rzayev, Slavik Alxasov, Camal Cəfərov.

Yoxlama oyunu
Sabah 1-2 Keşlə  
 
Qollar: Slavik Alxasov 83-pen – Rəhman Hacıyev, 39-pen. Azər Salahlı, 74.

 

Qeyd edək ki, bu oyunla “Sabah” yay təlim-məşq toplanışının ilk mərhələsinə yekun vurub. Komandamız sabah hazırlığın ikinci mərhələsi üçün Gürcüstanın paytaxtı Tbilisyə yola düşəcək.