“Sabah”ın Tbilisi toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər bəlli olub.
Komandamız Gürcüstanda yerli klublarla qüvvəsini sınayacaq. İlk rəqibimiz “Şukura” olacaq. Kobuleti təmsilçisi ilə qarşılaşma iyulun 20-də baş tutacaq. Ramin Quliyevin yetirmələri növbəti oyununu iyulun 23-də “Samqurali”yə qarşı keçirəcək. “Sabah” Tbilisi toplanışında son matçında “Saburtalo” ilə üz-üzə gələcək. Görüş iyulun 28-də baş tutacaq.
Qeyd edək ki, komandamız Gürcüstan paytaxtına sabah yola düşəcək. “Ağ-göylər” Bakıya iyulun 29-da qayıdacaq.