“Sabah” yay təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. Bu gün Bakıdan yay hazırlığının ikinci mərhələsinin baş tutacağı Gürcüstanın Tbilisi şəhərinə yola düşən komandamız, səhər saatlarında təyinat nöqtəsinə çatıb. Ramin Quliyevin yetirmələri axşam saatlarında Tbilisidə ilk məşqinə çıxıb. “Zestafoni” təlim-məşq bazasında baş tutan məşqdə futbolçular müxtəlif fiziki təmrinləri yerinə yetiriblər.

Qeyd edək ki, “ağ-göylər” Gürcüstan toplanışında 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamız iyulun 20-də “Şukura”, iyulun 23-də “Samqurali”, iyulun 28-də isə “Saburtalo” ilə qarşılaşacaq. “Sabah” iyulun 29-da vətənə qayıdacaq.