Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan “Sabah” növbəti mövsümə hazırlıqlarını davam etdirir. Komanda bu gün səhər saatlarında fitnes zalında növbəti məşqinə çıxıb. Futbolçular müxtəlif fiziki təmrinləri yerinə yetiriblər.
Axşam saatlarında “Zestafoni” təlim-məşq bazasında komandamızın daha bir məşqi nəzərdə tutulub.