Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan “Sabah” növbəti mövsüm üçün hazırlıqlarını davam etdirir. Komandamız bu gün səhər fitnes zalında məşq keçib. Axşam saatlarında isə daha bir məşq baş tutub. “Zestafoni” təlim-məşq bazasında keçirilən məşqdə futbolçular topla müxtəlif təmrinləri yerinə yetirib, taktiki planda hazırlıq keçiblər.
Qeyd edək ki, “ağ-göylər” Gürcüstan toplanışında 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamız iyulun 20-də “Şukura”, iyulun 23-də “Samqurali”, iyulun 28-də isə “Saburtalo” ilə qarşılaşacaq. “Sabah” iyulun 29-da vətənə qayıdacaq.