Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün toplanış çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Komandamız yerli “Şukura” (Kobuleti) klubuyla üz-üzə gələcək. Bu görüş “Sabah”ın 17-ci beynəlxalq yoxlama oyunu olacaq. Komandamız bu günə kimi 16 beynəlxalq yoxlama matçı keçirib. Bu oyunların 5-də qalib gələn “göy-ağlar”, 3 görüşdə məğlub olub. Top fərqi xeyrimizədir  – 28-26.

Komandamız bu günə kimi 7 ölkə təmsilçisi ilə qarşılaşıb. Ən çox Türkiyə klubları ilə üz-üzə gəlmişik – 7 dəfə. Ümumiyyətlə, “Sabah” qardaş ölkədən başqa, Qazaxıstan (2 dəfə), Macarıstan (2), Rumıniya (2), Rusiya, İsveçrə və Qətər təmsilçiləri ilə də qüvvəsini sınayıb. Komandamız ilk dəfə Gürcüstan təmsilçisi ilə üz-üzə gələcək.

Bu günə kimi keçirdiyimiz bütün beynəlxalq yoxlama oyunları:

2018 (Yay toplanışı)

“Sabah” – “Giresunspor” (Türkiyə) 1:1
Qol: Vitali Kvaşuk.

Bolu, Türkiyə.

“Sabah” – “Osmanlıspor” (Türkiyə) 1:1
Qol: Tural Qürbətov.

Bolu, Türkiyə.

“Sabah” – “Sancaktəpə Bələdiyyəspor” (Türkiyə) 2:2
Qollar: Elşən Abdullayev, Elgün Nəbiyev.

Bolu, Türkiyə.

“Sabah” – “Alanyasaspor” (Türkiyə) 1:1
Qol: Elgün Nəbiyev.

Bolu, Türkiyə.

2019 (Qış toplanışı)

“Sabah” – “Eskişehirspor” (Türkiyə) 1:0
Qol: Emil Qasımov.

Antalya, Türkiyə.

“Sabah” – “Tobol” (Qazaxıstan) 2:2
Qollar: Rəşad Eyubov, Cavid İmamverdiyev.

Antalya, Türkiyə.

“Sabah” – MTK (Budapeşt, Macarıstan) 3:1
Qollar: Vadim Abdullayev, Marko Deviç, Cavid İmamverdiyev.

Antalya, Türkiyə.

“Sabah” – “Syon U-23” (İsveçrə) 4:4
Qollar: Marko Deviç-pen, Elşən Abdullayev, Təmkin Xəlilzadə, Filip İvanoviç.

Antalya, Türkiyə.

2019 (Yay toplanışı)

“Sabah” – “Konkordia” (Rumıniya) 1:2
Qol: Cavid Tağıyev.

Bolu, Türkiyə.

“Sabah” – “Kemerspor” (Türkiyə) 2:1
Qol: Amadu Diallo, Hendrik Ekşteyn.

Qızılcahamam, Türkiyə.

“Əl-Şahaniyə” (Qətər) – “Sabah” 2:3
Qollar: Məqsəd İsayev (2), Cavid İmamverdiyev.

Sakarya, Türkiyə.

“Gənclərbirliyi” (Türkiyə) – “Sabah” 4:2
Qollar: Təmkin Xəlilzadə, Emil Qasımov.

Ankara, Türkiyə.

2020 (Qış toplanışı)

“Sabah” – “Pakş” (Macarıstan) 0:2

Antalya, Türkiyə.

“Sabah” – “Akademika Klinçeni” (Rumıniya) 0:0

Antalya, Türkiyə.

“Kaysar” (Qazaxıstan) – “Sabah” 1:3
Qollar: Filip İvanoviç, Ceyhun Nuriyev, Mario Marina.

Antalya, Türkiyə.

“Sabah” – “Spartak-2” (Moskva, Rusiya) 2:2
Qollar: Marko Deviç-pen, Ceyhun Nuriyev.

Antalya, Türkiyə.