Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün toplanış çərçivəsində ilk yoxlama oyununu keçirəcək.
Komandamız yerli “Şukura” (Kobuleti) klubu ilə qarşılaşacaq. Görüş saat 17:45-də “Zestafoni” təlim-məşq bazasının meydançasında baş tutacaq.
Qeyd edək ki, “Sabah” Tbilisi toplanışı çərçivəsində iyulun 23-də “Samqurali”, iyulun 28-də isə “Saburtalo” klubuyla qarşılaşacaq.