Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan “Sabah” toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib. Komandamız yerli “Şukura” (Kobuleti) komandası ilə qarşılaşıb. “Zestafoni” təlim-məşq bazasının meydançasında keçirilən oyun minimal hesablı qələbəmizlə yekunlaşıb. Komandamızın yeganə qoluna qarşılaşmanın 67-ci dəqiqəsində Xulio Rodriqes imza atıb.
Baş məşqçimiz Ramin Quliyev oyunda aşağıdakı start heyətə şans verib:
Səlahət Ağayev, Bəxtiyar Həsənalızadə, Zurab Oçiqava, Slavik Alxasov, Şakir Seyidov, Aleksey İsayev, Coşqun Diniyev, Elvin Camalov, Coy-Lens Mikels, Ozan Can Kökcü, Xulio Rodriqes.
“Sabah” Tbilisi toplanışında növbəti oyununu iyulun 23-də Gürcüstanın “Samqurali” klubuna qarşı keçirəcək.