Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama oyununu keçirəcək. Komandamız “Samqurali” (Tsqaltubo, Gürcüstan) klubuyla qarşılaşacaq. Görüş saat 19:00-da, “Zestafoni” təlim-məşq bazasının stadionunda baş tutacaq.

Bu, “Sabah”ın Tbilisi toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunu olacaq. Komandamız daha öncə “Şukura” (Kobuleti, Gürcüstan) klubuyla qarşılaşıb (1:0).