Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan “Sabah” növbəti yoxlama oyununu keçirib. Komandamız “Samqurali” (Tsqaltubo, Gürcüstan) klubuyla qarşılaşıb. “Zestafoni” təlim-məşq bazasının stadionunda keçirilən matç rəqibin minimal hesablı qələbəsilə nəticələnib.
Komandamızın start heyətində bu futbolçular yer alıb:
Səlahət Ağayev, Bəxtiyar Həsənalızadə, Zurab Oçiqava, Slavik Alxasov, Arsen Ağcabəyov, Aleksey İsayev, Coşqun Diniyev, Elvin Camalov, Tiemoko Fofana, Ozan Can Kökcü, Xulio Rodriqes.
Qeyd edək ki, bu, “Sabah”ın Tbilisi toplanışında keçirdiyi ikinci yoxlama oyunu idi. Komandamız ilk yoxlama matçında Kobuleti “Şukurası”nı məğlub etmişdi (1:0).